“Qarabağ”dan böyükhesablı qələbə

22:55 - 11 İyul 2017 - İDMAN

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunurdu. Rəqibinə 5 cavabsız qolla qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqəni böykü ölçüdə təmin edib. 11 iyul Çempionlar Liqası II təsnifat mərhələsiniin ilk oyunu 21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0  Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1 Baş hakim: Mete Kalkavan Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti