Ana səhifə
18 Yanvar 2018

Azay Quliyev: "ATƏT PA-nın iclasında Minsk qrupunun fəaliyyəti tənqid olundu"

ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi.
A.Quliyev qeyd edib ki, bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışıqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlar aparması ilə bağlı fikirlər səsləndirildi: "İclasda həmçinin, qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".
Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirdiyini nəzərə çatdıran A.Quliyev qeyd edib ki, son sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi açıq şəkildə gündəmə gətirildi.

A.Quliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla bağlı ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi: "İkinci çağırış Helsinki Yekun Aktının bu prinsip əsasında qəbul edilməsi ilə bağlıdır. Üçüncü çağırış isə budur ki, Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verməlidir. Öz müqəddəratını təyin etmə heç bir halda ölkələrin ərazi bütövlüyü hesabına edilə bilməz. Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz”.trend

Tarix
11 İyul 2017 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ