Ana səhifə
16 Noyabr 2018

Prokurorluq müraciətləri onlayn cavablandıracaq

Artıq vətəndaşlar Baş Prokurorluğa internet üzərindən də müraciət edə biləcəklər. Prokurorluqdan verilən məlumata görə, Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılıb.

 

Elektron vasitələrdən istifadə etməklə daxil olmuş müraciətlər operativ cavablanacaq, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılması təmin ediləcək.

Prokurorluğa müraciət etmiş vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.

Tarix
8 Oktyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin