Ana səhifə
19 Sentyabr 2018

Yaxşı təşkilatlanmış diaspora birlikləri vacib resurslarımızdan biridir

Tarixən hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilatlanmış həmvətənlər mühüm rol oynayıblar. Hər bir ölkənin xarici siyasətində başlıca bir neçə resurs vardır. Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir. Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil. Xüsusilə qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.

Hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlar yaşayır və onların əksəriyyətində diaspora təşkilatları fəaliyət göstərir. Azərbaycanın yaşadığı xarici ölkələrdən biri də Kanadadır. Bu ölkədə təqribən 20 min azərbaycanlının yaşadığı bildirilir. Kanada böyük ölkədir və vilayətlərdən (əyalətlər) ibarətdir. Azərbaycanlılar isə ən çox Ontario vilayətində , Toronto şəhərində sıx məskunlaşıblar. Həmçinin Alberta vilayəti, Edmonton və Kalqari şəhərlərində, Vankuverdə, Ottavada və Monrealda da çoxlu azərbaycanlı yaşayır. Bu barədə ailə qurub Kanadada yaşayan Rəna Müslümova deyib. Onun sözlərinə görə, Kanadada Vətənini sevən və onu tanıtmağa çalışan, bunu da çox gözəl bacaran həmvətənlərimiz var. Tez-tez müxtəlif şəhərlərdə tədbirlər keçirilir, bayramları, azərbaycanlıların iştirak elədiyi festivalları tanıtmaq, təbliğ eləmək məqsədilə sosilal şəbəkələrdə paylaşırıq. " Burda yaşayan azərbaycanlıların 30-35 faizi daha çox aktvdir, daha çox can yandırır...Erməni lobbisinə gəlincə, burda dünyanın hər yerində yaşayan ermənilərin bir araya gəldiyi böyük erməni məktəbi var. Bir faktı qeyd edim: bu yaxın illərdə Suriyadan Kanadaya minlərlə qacqın gəldi. Onların böyük əksəriyyəti Suriya erməniləri idi. Xəbər proqramlarında hətta bu haqda bir neçə dəfə xəbər yayımlandı. Və burda olan erməni məktəbləri həmin o suriyalı ermənilərin gəlişi üçün hər şərait yaratmışdılar. Hər il aprelin 24-də yalançı erməni soyqrımını bütün dünyaya yaymaq üçün yüzlərlə erməni Kanadanın paytaxtı Ottava şəhərinə, Parlament binasının qarşısına yığışır. Oradan isə Türkiyə səfirliyinin qarşısına gedirlər. Monrealda, Ottavada və Torontoda yaşayan türklər də Ottavada ermənilərin qarşısına çıxıb bu yalana qarşı etiraz aksiyası keçirirlər. Biz də həmişə olduğu kimi öz Azərbaycan bayraqlarımızla bü yürüşə qatılırıq. 
Ermənilərin məqsədləri Türkiyənin bu genosidi qəbul edib onlara təzminat ödəməsidir".
Qeyd edim ki, Azərbaycanlar da Kanadanın müxtəlif əyalətlərində tədbirlər keçirir. Etiraz aksiyaları əsasən Kanada parlamentinin qarşısında baş tutur.  Azərbaycan diasporası, o cümlədən Kanada universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyalarda türk tələbələr də yaxından iştirak edirlər. Bu il aksiya Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr "Xocalıya ədalət" şüarları səsləndiriblər.
Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəsaitlər paylayıblar. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb. Bu tədbirlər hər il keçirilir, daha çox kanadalı Xocalı soyqırımı bərədə məlumatlandırılır.
Bundan başqa hər il səfirliyin Həmrəylik gününə həsr olunmuş tədbirində, Novruz şənliyində, eləcə də 28 may Respublika gününə həsr olunmuş ziyafətdə onlarla azərbaycanlı bir araya gəlir. Resbublika günü ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin keçirdiyi ziyafətlərdə Kanadanın tanınmış siyasətçiləri, iş adamları, mədəniyyət xadimləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak edirlər. Burada onlara Respublika gününün tarixçəsi barədə geniş məlumatlar verilir, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunularaq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırılır. Bu gün Azərbaycan Kanada üçün önəmli tərəfdaşdı.
Hazırda bu ölkədəki diasporamız Azərbaycan mətbəxinin, milli musiqimizin, rəqslərimizin nümayiş olunması, milli suvenirlər və xalçalarımızın, rəssamlarımızın əsərlərinin təbliği üçün müəyyən işlər görür ki, bunlarda ölkəmizin Kanada kimi inkişaf etmiş bir ölkədə tanınmasına xidmət edir.
Qeyd edim ki, bu ölkədə Kanada- Azərbaycan Assosiasiyaları Assambleyası fəaliyyət göstərir. Assambleyanın fəaliyyəti nəticəsində Kanadada 2011-ci ildə Kanada-Azərbaycan Tədqiqatlar İnstitutu təsis edilib. Burada əsas məqsəd kanadalı alimlər tərəfindən Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, diasporası, eləcə də insanları haqqında araşdırma aparmaq, onları nəşr edərək Şimali Amerikada yaymaqdı.
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiyasıyasının rəhbəri İlham Axundov  bildirib ki, Kanadada diaspor fəaliyyəti çox genişdir. Bu fəaliyyətin içərisində həm siyasi, həm də mədəni fəaliyyətlər yer alır. "Kanadadakı Azərbaycan diaspor təşkilatları hər iki istiqamətdə fəaliyyət göstərirlər. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası əsasən siyasi sahədə fəaliyyət göstərir. Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası xüsusilə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aktivlik nümayiş etdirir. Digər təşkilat və cəmiyyətlər də var ki, Kanadada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir və Azərbaycan mədəniyyəti, zəngin tarixi-mədəni irsimizi kanadalılara çatdırırlar. Hesab edirəm ki, gördüyümüz işlər və göstərdiyimiz fəaliyyət o qədər də qaneedici sayıla bilməz. Düşünürəm ki, bu istiqamətlərdəki fəaliyyətlərimizi bir qədər də artırmalıyıq və bütün sahələrdə fəaliyyətimiz gücləndirilməlidir".
 Onun sözlərinə görə, Kanadanın iki ali təhsil ocağı-Vaterlou və Toronto universitetləri ilə qarşılıqlı əmıkdaşlıq qurulub. " Bizim əsas işimiz adıçəkilən iki universitet və orda çalışan araşdırmaçılarladır. 2012-ci ilin sentyabrından etibarəın Toronto Universitetində Azərbaycan araşdırmaları dərsi tədris olunmağa başlanıb. Bu magistr və doktrantlar üçün kredit dərsi olaraq keçilir. Həmin dərsi öyrənəcək tələbələr müxtəlif mövzularda Azərbaycan üzrə araşdırmalar apararaq sonda tezislər üzrə 20 səhifəlik material yazırlar. Həmin materiallar da Toronto Universitetində keçirilən beynəlxalq konfransda məruzə olunur. Sonra isə konfransın materialları Toronto Universiteti tərəfindən çap ediləırək dünyanın bir sıra ali təhsil ocaqları, nüfuzlu kitabxanalara göndərilir". Bu isə Azərbaycanın tanıdılmasındaönəmli rol oynayır.

 

Tarix
11 İyul 2017 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin