Ana səhifə
19 Sentyabr 2018

Səbailli sahibkarlar Mehriban Əliyevanın təşəbbüsünə qoşuldular

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, bu nəcib təşəbbüsə öz töhfəsini vermək məqsədi ilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət  rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov ilk öncə dövlətin sahibkarlara yaratdığı şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusi ilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Babək İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma  mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda ilk olaraq “Pilot Residense” şirkəti qoşulub.

«Kristal Abşeron» MTK-nin rəhbəri Məhayət Nəbiyev bildirib ki, ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılıb. Bu istiqamətdə Səbail rayonunda bizə hər cür şərait yaradılıb, hər hansı problemlərlə üzləşməmişik. Ona görə də rahat şəkildə fəaliyyət göstərə bilirik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da son vaxtlardakı fəaliyyəti, xususilə də  məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması istiqamətindəki işlərini bir iş adamı kimi dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edərək bu işə öz töhfəsizi verməyə hazırıq. 
«Kaspian Servis» şirkətinin rəsmisi Rəhim Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlərə görə digər həmkarları adından ona dərin minnətdarlığını bildirərək bundan sonra da dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
İş adamı humanizmdən irəli gələn bu nəcib təşəbbüsü təqdirəlayiq bir addım kimi dəyərləndirib, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün yaradılan yüksək səviyyədə əlverişli şəraitin mövcudluğunundan, onlara göstərilən diqqət və qayğıdan qürur hissi ilə danışıb.
Tədbirdə bildirilib ki,  Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox Pilot layihəsi həyata keçirilir. 8 ünvanda tikinti aparılir, digər layihələrlə bağlı isə sənədləşmə işlərinin gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər. 
Daha sonra çıxış edən səbailli iş adamları "Fortis" Bayıl şirkətindən Akif Aslanov, "Best Constraktion" şirkətindən Mikayıl Nəsirov, Elçin Kərimov və başqaları  ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər.
Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilib.


Bakı şəhəri Səbail rayonunun tikinti sektorunda fəaliyyət göstərən sahibkarların

BƏYANATI

Biz, Bakı şəhəri Səbail rayonunun tikinti sektorunda çalışan sahibkarlar böyük fəxarət hissi ilə bildiririk ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu böyük siyasi kursun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox böyük uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi nəticəsində doğma Azərbaycanımız günü-gündən inkişaf edir və regionda lider dövlətə çevrilmişdir. 
Prezident İlham Əliyevin fəaliyyəti sayəsində ölkə regionlarında sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq işləri geniş vüsət almış, müasir infrastruktur layihələrinin icrası şəhər və kəndlərimizin simasını yeniləşdirmişdir. Buna görə də Azərbaycanda inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi  cənab Prezident ölkə tarixində Qurucu İlham kimi təsdiq olunub. Apardığı siyasət və gördüyü işlərə görə bütün xalqımız kimi biz sahibkarlar da Prezidentimiz və onun sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə fəxr edir və fəaliyyətlərini tam dəstəkləyirik. 
Ölkə başçısının son illərdə tikinti sahəsinə olan diqqət və qayğısı nəticəsində paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda mənzil tikintisi xususi vüsət almışdır. Bu sahədə sahibkarlara göstərilən hərtərəfli kömək və dəstək, fəaliyyətimizə mane olan halların tam şəkildə aradan qaldırılması bizi daha da ruhlandırır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkün soydaşlarınmızın yaşayış şəratinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətini biz sahibkarlar çox yüksək qiymətləndiririk. Mehriban xanımın iştirakı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlinin qoyulması və bu kompleksin inşasına dövlətlə yanaşı, özəl sektorun da öz töhfəsini verməsi biz – Səbailli sahibkarlar tərəfindən rəğbətlə qarşılanmışdır. 
Bu nəcib təşəbbüsdə iştirak etməyi biz özümüzə borc sayırıq və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həyata keçirdiyi böyük işlərə öz töhfəmizi verməyə hazırıq.


Bəyanat Bakı şəhəri Səbail rayonunun tikinti sektorunda çalışan sahibkarın yığıncağında qəbul olunub.


Bakı şəhəri,                                                       11 iyul 2017-ci il

Tarix
11 İyul 2017 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin