"Samtredia"nın futbolçusu: "Futbol sürprizlərlə doludur"

12:47 - 11 İyul 2017 - İDMAN

"Bizim üçün çətin oyun olacaq. “Qarabağ” güclü və təcrübəli komandadır. Kifayət qədər imkanları var. Başa düşürük ki, onları hər istədiyində məğlub edə bilməzsən". Qol.az-ın məlumatına görə, bu sözləri "Samtredia"nın futbolçusu Giorgi Mçedlişvili Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la oyun öncəsi Gürcüstan mətbuatına deyib.

O, Ağdam klubu ilə görüşə hazır olduqlarını bildirib: "Bütün ruhumuzla, ürəyimizlə mübarizə aparmalıyıq. Təbii ki, bəxt də tərəfimizdə olmalıdır. Ümid edirəm ki, “Qarabağ”la oyunda qalib gələrək azarkeşlərimizi sevindirəcəyik. Futbol sürprizlərlə doludur. Niyə də biz bunu bacarmayaq?".

Qeyd edək ki, "Qarabağ" - "Samtredia" görüşü bu gün saat 21:00-da başlayacaq.

Xəbər xətti