Bu gün "Qarabağ" ilk oyununa çıxır

12:00 - 11 İyul 2017 - İDMAN

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.İlk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulacaq.

Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunur.qol.az


11 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti