Ana səhifə
25 Sentyabr 2018

“CinemaPlus 28 Mall”da “Sualtı era” cizgi filminin press nümayişi keçirilib

Premium kinoteatr “CinemaPlus 28 Mall”da 2017-ci ildə “Cinemazadeh” studiyasında hazırlanan, peşəkar azərbaycan dilində dublyaj olunan “Sualtı era” filminin press nümayişi keçirilib. Film dəniz dərinliklərinin sakinlərindən bəhs edən maraqlı və gülməli animasiya əsasında çəkilmişdir.
Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.
Animasiya filmini səsləndiriblər: Miri Yusif, Sevda Ələkbərzadə, Jin, Samira Əfəndi, Ülfət Bəşir, Rəhim Rəhimov, Elnur Hüseynov, Azər Aydəmir, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Tural Əsədov, Səid Məmmədov, Samira Jazzy və Müşfiq Mirzəyev.
Ailəvi komediya animasiya filminin rejissoru Culio Soto Qarpiddir. 
Cizgi film haqqında qısa məlumat: 2100-cü ilə insanlar bizim planeti tərk ediblər. Lakin okean dibinin dərin çökəkliyində qəribə dəniz məxluqlarının koloniyası yaşamaqda davam edir.  Onlar arasında maraqlı, dərin sularda yaşayan səkkizayaqlı ilbiz Dip və onun iki dostu – qorxaq İvo və impulsiv krevet Elis yaşayır. Lakin onların evlərinə təhlükə yarananda Dipin müdrik babası, nəhəng səkkizayaqlı ilbiz Kraken onları kömək üçün okeanın o biri hissəsinə göndərir. Dostları və onlara qoşulan utancaq Moyrunu çoxlu təhlükəli və inanılmaz macəralar gözləyir... 
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

 

Tarix
10 İyul 2017 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin