Şəmkirdə nəvə traktoru aşırdı: baba öldü

14:25 - 10 İyul 2017 - HADİSƏ

Şəmkir rayonunda traktor aşıb.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyulun 8-də Şəmkir rayonunun Yeni Göyçə kəndinin ərazisində Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi “MTZ-892” markalı traktoru aşırıb. Nəticədə sürücünün babası Qonarı Orucov hadisə yerində ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır. 

Xəbər xətti