Göygöldə “VAZ 2106” və “VAZ 2107” toqquşub

10:22 - 10 İyul 2017 - HADİSƏ

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər -  Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri - 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti