Messi hər həftə 1 milyon qazanacaq

10:46 - 9 İyul 2017 - İDMAN

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi hər həftə 1 milyon funt qazanacaq. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. L. Messi dünyada belə əmək haqqı alan ilk futbolçu olacaq. L. Messinin tez-tez müqayisə edildiyi Madridin “Real” klubunun hücumçusu Kriştian Ronaldo hər həftə üçün 365 min funt alır.
Qeyd edək ki, bundan əvvəl “Barselona” L. Messi ilə müqavilənin müddətini 2021-ci il iyunun 30-dək uzadılacağını bəyan edib. Müqavilə yaxın vaxtlarda imzalanacaq. Beləliklə, L. Messinin il ərzində 54,8 milyon funta qədər gəliri olacaq. 

Xəbər xətti