Putin, Makron və Merkel görüşdü

13:07 - 8 İyul 2017 - DÜNYA

 Rusiya prezidenti Vladimir Putin, onun Fransadan olan həmkarı Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Report” rus mətbuatına istinadən xəbər verir ki, görüş Hamburqdakı (Almaniya) “Atlantic” hotelində səhər yeməyi kimi baş tutub, amma işgüzar xarakterli olub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov liderlərin Ukraynadakı münaqişənin tənzimlənməsi yollarını müzakirə etdiklərini söyləyib.
Qeyd edək ki, hazırda Hamburqda “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı keçirilir.

Xəbər xətti