Xaçmazda iki nəfər bıçaqlanıb, onlardan biri ölüb

11:39 - 8 İyul 2017 - HADİSƏ

Xaçmazda qətl hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
Belə ki, kənddə iki nəfər bıçaqlanıb. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti