Çində daşqınlar nəticəsində 70 küçədə bənd və yollar zədələnib

09:55 - 7 İyul 2017 - HADİSƏ

Çinin cənub-şərqindəki Xunan vilayətinin Ninsyan rayonun əhalisinin 815 min nəfəri (əhalinin 56 faizi) daşqınlardan zərər çəkib. Daha 44 nəfər isə ölmüş və itkin düşmüş sayılır. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Jenmin jibao" nəşri yazıb. Bildirilir ki, builki təbii fəlakət rayonun 60 illik tarixində ən güclüsü olub. İyunun 22-dən iyulun 1-dək burada yağıntıların illik miqdarı normadan 31,8 faiz və ya 461,1 millimetr artıq olub. Ən güclü yağışlar 30 iyun - 1 iyulda yağıb.

Təbii hadisə səbəbindən 14 min ev dağılıb, 70 küçədə bənd və yollar zədələnib, 22 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. 13 yaşayış məntəqəsi elektriksiz qalıb, yeddi yaşayış məntəqəsi ilə əlaqə kəsilib. İlkin hesablamalara görə, birbaşa və dolayı iqtisadi zərər 9 milyard yuan (1,3 milyard dollar) təşkil edir.

Xəbər xətti