Ana səhifə
19 Yanvar 2018

Bakıda toz qatılığı normanı ötüb

İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, ölkənin hava hövzəsində rаdiоаktiv çirklənmə üzrə müşаhidələr keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 5 iyulda atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan tozun birdəfəlik maksimal qatılığının 1.2, azot 4-oksidin 1.4, furfurolun isə 1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4, xlor isə 1 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub. Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Naxçıvan Muxtar Respublikasının ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib. Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-18 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Tarix
6 İyul 2017 [17:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ