Elmar Məmmədyarov Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

14:50 - 6 İyul 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirdi.
Malena Mard fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın irəlilədilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırdı.
Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzu etdi.

Xəbər xətti