XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsini xüsusi nəzarətdə saxlayır

12:55 - 6 İyul 2017 - SİYASƏT

Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi məsələsini xüsusi nəzarətdə saxlayır ki, vəziyyət gərginləşən an münaqişə tərəflərini sülh prosesinə geri qaytarsın.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, iyul ayının 11-də Vyanada ATƏT XİN Şurasının qeyri-rəsmi görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.trend

Xəbər xətti