Yaponiyada leysan nəticəsində bir nəfər ölüb, 22 nəfər itkin düşüb - FOTO

10:13 - 6 İyul 2017 - HADİSƏ

Yaponiyanın cənub-qərbində Kyusyu adasında yağan güclü yağış nəticəsində 22 nəfər itkin düşüb, bir nəfər ölüb. “Report” “Mainichi”yə istinadən xəbər verir ki, fövqəladə halla bağlı Sakura və Fukuoka prefekturalarının 556 min sakininə təcili təxliyyə olunmaq tapşırılıb. Məlumata görə, Xita şəhərində sel dəmiryol körpüsünü yuyub aparıb. İnsanların və avtomobillərin selə qərq olduğu da bildirilir.


Xəbər xətti