Ana səhifə
24 Sentyabr 2018

Kamran Əliyev: “Qəzaların yarısı piyada vurulması ilə bağlıdır”

“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”. Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən ilin bu dövrü ilə müqayisədə ölüm hallarının sayında artım müşahidə olunur: “Əvvəllər piyadaların vurulması ilə nəticələnən qəzalar Bakı şəhəri üzrə 60-65 faiz, respublika üzrə isə 40-45 faiz təşkil edirdi. Bu faiz bir qədər azalaraq 37 faizə enmişdi, amma son məlumatlara görə isə artıq 50 faizdir”.

K.Əliyev qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin də təqsiri az deyil: “Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkət qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar”.

Tarix
5 İyul 2017 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin