"Samtredia"-"Qarabağ" cavab qarşılaşmasının saatı məlum olub

09:55 - 5 İyul 2017 - İDMAN

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Gürcüstanın "Samtredia" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunacaq.   Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq. 

Xəbər xətti