Oğuzda avtomobil yolu keçən 68 yaşlı kişini vuraraq öldürüb

09:49 - 5 İyul 2017 - HADİSƏ

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iyulun 4-ü axşam saatlarında Oğuz rayon sakini Sultan Gülməmmədov idarə etdiyi “VAZ 21074” markalı, 48 BC 789 dövlət nömrə nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini, 1949-cu il təvəllüdlü Vidadi Nüsrət oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, Vidadi Ağayevə xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ MRX-a göndərilib. Lakin o, dünyasını dəyişib. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti