Avstraliyada sərnişin təyyarəsi qəza enişi edib

14:57 - 4 İyul 2017 - HADİSƏ

Avstraliyanın Qold-Kost şəhərindən səmaya qalxaraq Kuala-Lumpura istiqamətlənən Malayziyanın “AirAsia X” şirkətinə məxsus “Airbus А330” sərnişin təyyarəsi 30 dəqiqədən sonra Brisben aeroportunda qəza enişi edib.  Ucnoqta.az-ın azərtac-a istinadən xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb. Aviaşirkətin nümayəndəsinin bildirdiyinə görə, uçuş təhlükəsizlik məqsədilə dayandırılıb. Qəza enişinə səbəb isə təyyarənin quşlarla toqquşması olub. Təyyarənin göyərtəsində 345 sərnişinin və 14 heyət üzvünün olduğu bildirilir. Onlardan heç biri xəsarət almayıb.

Xəbər xətti