Yük maşını ilə yanacaq tankeri toqquşdu – 3 ölü, 4 yaralı

11:20 - 4 İyul 2017 - HADİSƏ

Türkiyənin Denizli vilayətində meşə yanğınlarını söndürmək üçün bölgəyə göndərilən və buldozeri daşıyan yük maşını ilə yanacaq tankeri toqquşub.

Ucnoqta.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, hadisə Denizli-Aydın magistral yolunda qeydə alınıb. Toqquşma nəticəsində güclü partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 4 xəsarət alıb. Yanğın yoldan keçən dörd minik avtomobilinə də sıçrayıb. Bölgəyə çoxlu sayda xilasetmə və təcili yardım briqadaları cəlb edilib.

Xəbər xətti