Salyanda iki "KAMAZ" toqquşub

09:16 - 4 İyul 2017 - HADİSƏ

Salyanda iki "KAMAZ" toqquşub. FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Ələt Astara yolunun 24-cü kilometrliyində “KAMAZ” markalı yük avtomobilinin yol kənarında dayanmış digər “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
 Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. O, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:00-da başa çatıb. ​

Xəbər xətti