"Toyota" “KAMAZ”la toqquşdu - 1 yaralı

16:42 - 3 İyul 2017 - HADİSƏ

Bakı-Sumqayıt magistral avtomobil yolunda ağır yol qəzası olub. FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış “KAMAZ” markalı yük avtomobilinə çırpılması ilə bağlı məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti