Küçədə gənc kişi meyiti aşkarlandı - Bakıda

16:40 - 3 İyul 2017 - HADİSƏ

Bakıda naməlum kişi meyiti aşkarlanıb. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 135 A ünvanının qarşısında qeydə alınıb. Burada şəxsiyyəti hələlik məlum olmayan 25-30 yaşlı kişi meyiti aşkar olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti