Erməni hərbçi qəzaya düşdü: uşağı öldü, özü və arvadı yaralandı

15:27 - 3 İyul 2017 - HADİSƏ

Yerevan-Yeresxavan magistralının 37-ci kilometrliyində Kiçik Vedi kəndinin ərazisində ağır yol qəzası baş verib. Ucnoqta.az azvision.az-a istinadən bildirir ki, Araqatsodi vilayətinin Oşakan kənd sakini, 26 yaşlı Mkrtıç Qahramanyanın idarə etdiyi 35 DA 817 nömrəli "Volkswagen Golf" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü M.Qahramanyan, sərnişin-24 yaşlı Armine Mnatsakanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Vedi tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, 2 yaşlı Artaşes Qahramanyan hadisə yerində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, uşağın cəsədi maşından təxminən 25 metr aralıda aşkar edilib. Qeyd edilib ki, M.Qahramanyan işğal altında olan Qarabağda düşmən hərbi hissələrindən birində xidmət edir. Ölən uşaq onun oğlu, yaralanan A.Mnatsakanyan isə həyat yoldaşıdır.

Xəbər xətti