İki avtomobil toqquşdu: qadın sərnişin dünyasını dəyişib - Yevlaxda

14:37 - 3 İyul 2017 - HADİSƏ

Mingəçevir-Bəhrəmtəpə yolunda, Yevlax rayonu ərazisində zəncirvari qəza baş verib. Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, hadisə zamanı iki “Vaz 2106” və bir “Vaz 2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Vaz 2106”da olan qadın sərnişin yerində dünyasını dəyişib. Üç nəfər isə ağır xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına gətiriliblər.  

Xəbər xətti