Taksi sürücüsü müştərilər tərəfindən bıçaqlandı - Bakıda

10:22 - 3 İyul 2017 - HADİSƏ

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İsmayılov İlqar Məmmədağa oğlu maşınına minən iki müştəri tərəfindən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarəti alan sürücü xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti