Gəncədə bıçaqlanma hadisəsi olub

13:35 - 2 İyul 2017 - HADİSƏ

Gəncə şəhərinin Dəllər bazarında bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İbrahimov Etibar Musa oğlu mübahisə zəminində bacanağı tərəfindən bıçaqlanıb. O, ağır xəsarət alaraq Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyat olunub. Hazırda hadisənin hansı şəraitdə törədildiiyi araşdırılır.

Xəbər xətti