Gəncədə "Chevrolet" yol kənarında maneəyə çırpılıb: 6 nəfər xəsarət alıb

13:27 - 2 İyul 2017 - HADİSƏ

Gəncə şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində qeydə alınıb. Qəza zamanı Əliyev Anar Mirnovruz oğlunun sükanı arxasında olduğu "20-DB-687" dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə bir ailənin 6 üzvü – ər-arvad, nənə və üç nəvə xəsarət alıb. Uşaqlardan biri azyaşlıdır.

Xəbər xətti