Ana səhifə
20 Sentyabr 2018

ARDNŞ “Rumıniya neft və qaz -2014” konfransında

Buxarestdə “Rumıniya neft və qaz - 2014” konfransı keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, ARDNŞ-dən verilən məlumata görə, şirkətin Rumıniya nümayəndəliyinin də qatıldığı konfransda hökumət nümayəndələri, səfirlər, bu ölkədə fəaliyyət göstərən enerji şirkətlərinin təmsilçiləri, mütəxəssislər iştirak etmişlər.
“Xəzərdən Avropaya enerji ixrac marşrutları: son inkişaf və perspektivlər” mövzusunda müzakirələrdə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun “Dəyişən mühitdə enerji təhlükəsizliyi: Azərbaycan təcrübəsi və Rumıniya potensialı” adlı çıxışında qeyd olunmuşdur ki, Avropa Birliyinin enerji təhlükəsizliyinin təminatı istiqamətində alternativ mənbələrdən qaz ixracı son illər əsas müzakirə mövzusuna çevrilmişdir. 
Bu baxımdan “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti vurğulanmış, TAP və TANAP layihələri barədə də geniş məlumat verilmiş, qeyd edilmişdir ki, bu layihələr vasitəsilə Azərbaycan qazı beynəlxalq bazarlara ixrac olunmaqla yanaşı, tranzit ölkələr üçün də yeni imkanlar yaranacaqdır. Bildirilmişdir ki, ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ölkəmiz bir daha enerji ehtiyatlarının diversifikasiyasında maraqlı olduğunu sübut etmiş və bu istiqamətdə daha bir uğurlu addım atılmışdır. 
Gələcəkdə Azərbaycan qazının Macarıstanla yanaşı digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün gözəl imkanlar yaranır. Daha sonra qeyd edilmişdir ki, Rumıniyada fəaliyyət göstərən iri şirkətlər Qara dəniz bölgəsinin enerji ehtiyatlarının gələcəkdə kəşfi, hasili və nəqli üçün aparıcı rol oynaya bilər. Bu sahədə Azərbaycanın kifayət qədər təcrübəsi var və ehtiyac olduğu zaman Rumıniya bu təcrübədən yararlana bilər.

 

Bəhruz

Tarix
20 Noyabr 2014 [09:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin