Ana səhifə
20 Noyabr 2018

PAKT proqramı təcrübəni genişləndirəcək

Bakı Dövlət Universitetində beynəlxalq təhsilə inteqrasiya prioritet məsələlərdən biridir. BDU-nun TEMPUS proqramı çərçivəsində qoşulduğu PAKT (ingiliscə: PACT - Project Actors Capacity Training in Caucasus) layihəsinin əsas hədəfi Cənubi Qafqaz universitetlərində elmi-tədqiqat işləri və ali təhsil müəssisələri üzrə sosial-ictimai xarakterli araşdırmalar aparmaq məqsədilə layihə yazılması sahəsində vəziyyəti yaxşılaşdırmaqdır. Bundan əlavə, layihə həm də mövcud təcrübəni genişləndirmək və dünyanın aparıcı universitetlərində qəbul olunmuş müasir standartları Qafqaz bölgəsinin qabaqcıl ali təhsil müəssisələrində tətbiq etmək məqsədi daşıyır. Layihədə doqquz Cənubi Qafqaz universiteti iştirak edir.

PAKT proqramının BDU üzrə koordinatoru dos. Təranə Mahmudova bildirib ki? bu layihənin mərhələlərindən biri də Cənubi Qafqaz universitetlərində gənc tədqiqatçı, müəllim, doktorant və magistrantlar üçün treninqlərin təşkil olunmasıdır. Sonrakı mərhələlərdə bu treninqlər çərçivəsində respublikanın müxtəlif universitetlərindən seçilmiş nümayəndələrə elmi-tədqiqat işləri aparmaq, layihə yazmaq sahəsində yeni, beynəlxalq standartlar öyrədiləcək. Treninqlər layihədə iştirak edən universitetlərin nümayəndələri tərəfindən keçiriləcək, avropalı tərəfdaşlar isə ekspert qismində iştirak edəcək, bu sahədə toplanmış bilk və bacarıqları qafqazlı həmkarları ilə bölüşəcəklər.

Layihənin nəticəsi kimi praktik vəsaitin (stolüstü kitab) hazırlanması planlaşdırılır. Buraya elmi-tədqiqat işlərinin aparılması, eləcə də universitetlərin sosial-ictimai həyatı (mədəni proqramlar, xeyriyyə tədbirləri və s.) ilə bağlı təşəbbüslərin həyata keçirilməsi məqsədilə layihələr yazılması sahəsində toplanmış bilik və təcrübə daxil ediləcək. Proqram çərçivəsində həmçinin saytın hazırlanması nəzərdə tutulur.

Tarix
8 Oktyabr 2014 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin