Ana səhifə
22 Sentyabr 2018

Məktəblərdən şikayət edildi

Xətai və Sabunçu rayonlarında səyyar qəbullar keçirilib.


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. 

Qeyd edək ki, növbəti səyyar qəbullar sentyabrın 27 – də Xətai və Sabunçu rayonlarında keçirilmişdir. Xətai rayonu üzrə 27 №li məktəbdə keçirilən səyyar qəbulda 27, 55, 56, 58, 59,147, 165, 194 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Sabunçu rayonu üzrə 170 №li məktəbdə keçirilən səyyar qəbula isə 67, 68, 80, 90, 148, 155, 170, 215, 310, 311 № li məktəblərin müəllim və valideynləri müraciət ediblər.
Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xətai rayonu üzrə ümumilikdə 29 müraciət, Sabunçu rayonu üzrə isə qrup şəklində olmaqla 7 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, kitab fondunun zənginləşdirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili, bu ildən bəzi məktəblərdə təşkil olunan məktəbəqədər hazırlıq qruplarının fəaliyyəti və ekskursiyalar zamanı avtobusların təşkili ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.(Azvision.az)

 

Tarix
29 Sentyabr 2014 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin