XİN: "Azərbaycan substantiv danışıqlara hazırdır"

13:17 - 30 İyun 2017 - SİYASƏT

"Prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilən görüşündən sonra verilən birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub". Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu xüsusda regiona son səfərlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər: "Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə edib. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır". 

Xəbər xətti