Ana səhifə
21 Aprel 2018

Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir

Azərbaycanda məhkəmə sisteminə kölgə salmaq məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir.Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Milli Məclisin növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, AİHM-in rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla əlaqədar qəbul edilən qərarların sayından çoxdur.
Z.Əsgərovun sözlərinə görə, AHİM-in rəsmi statistikasında 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunduğu qeyd edilir, lakin bəzi Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur.
Birinci vitse-spiker əlavə edib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.

Tarix
30 İyun 2017 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ