Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

10:47 - 30 İyun 2017 - HADİSƏ

 Gəncədə 6 nömrəli xətt üzrə işləyən marşrut avtobusu qəzaya düşüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bala Bağman qəsəbəsində baş verib. Belə ki, "Hyundai" markalı sərnişin avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan üç sərnişin və yük maşınının sürücüsü xəsarət alıb. 
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti