Daşkəsəndə kustar üsulla silah hazırlayan 76 yaşlı kişi saxlanılıb

13:44 - 29 İyun 2017 - HADİSƏ

 Daşkəsən rayonunda 76 yaşlı kişi kustar üsulla qanunsuz silah hazırladığına görə saxlanılıb."Report"un verdiyi məlumata görə, rayonun Yuxarı Daşkəsən qəsəbə sakini, 1941-ci il təvəllüdlü Bakir Qulu oğlu Verdiyevin yaşadığı evdə kustar üsulla tapança və onun üçün nəzərdə tutulan patronlar hazırladığı müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hazırladığı silah və patronlar götürülüb. 
Hazırda Kustar üsulla hazırlanmış silahın hər hansısa bir cinayətdə istifadə edilib edilmədiyi və B.Verdiyevin silahı hansı məqsədlə hazırladığını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Xəbər xətti