Ana səhifə
15 Oktyabr 2018

«İli 0 xalla başa vurmaq çox üzücüdü»

Qara Qarayev: «Dörd məğlubiyyətdən söhbət gedəndə mən utanıram»

 

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev yığma komandanın uğursuzluğundan və «Qarabağ»ın ölkə çempionatı və Avropa Liqasındakı gözlənilən oyunlarından danışıb.

 

- Azerisport.az saytının qiymətləndirməsinə əsasən, siz 2014-cü ildə yığma komandamızın ən yaxşısı seçilmisiz. Belə bir uğur sizin üçün nə deməkdi?

 

- İlk növbədə mənim əməyimi belə qiymətləndirdiyiniz üçün təşəkkürümü bildirirəm. Çalışacam ki, bundan sonra da öz oyunumla ümidləri doğruldum.

 

- Bu ili karyeranızda ən yaxşı saymaq olar?

 

- Demək olar ki, bütün oyunlarda iştirak etməyimi nəzərə alsaq, bu baxımdan təbii ki, il mənim üçün uğurlu oldu. Mən yalnız Özbəkistanla yoxlama oyununda iştirak etməmişəm. Amma məncə, nəticələrimiz bir qədər də uğurlu olsaydı, hər şey daha gözəl olardı.

 

- Foqtsun dövründə siz hər oyuna ilk dəqiqələrdən çıxırdız. Amma Norveçlə oyunda Mahmud Qurbanov sizi sonradan meydana buraxdı...

 

- Mən ona belə bir sualla yaxınlaşmamışam. Bu, mənim tərəfimdən düzgün olmazdı. O, məşqçidi, kimin oynayacağına özü qərar verir.

 

- Qurbanov bunu Ruslan Abışovun sizinlə müqayisədə daha təcrübəli olması ilə izah etdi...

 

- Özümü təcrübəsiz futbolçu hesab etmirəm. Beynəlxalq səviyyədə həm Azərbaycan yığmasıyla, həm də "Qarabağ"la kifayət qədər təcrübə toplamışam. Son oyunda da təcrübəsizliyimə görə ehtiyatda qaldığımı düşünmürəm. Çox güman ki, məşqçilər başqa məqamları nəzərə alaraq, məni ilk dəqiqələrdən oynatmamağa qərar vermişdilər.

 

- Sizcə, AÇ-2016-nın seçmə mərhələsindəki fiasko nə ilə bağlıdı?

 

- Dörd məğlubiyyətdən söhbət gedəndə mən utanıram. Hər dəfə özümə sual verirəm ki, "niyə belə alındı". Bolqarıstanla oyunda daha yaxşı nəticə qazana bilərdik. İtaliya ilə oyunda ikinci qolu buraxmaya da bilərdik. Norveç öz meydanımızda məğlub olacağımız rəqib deyildi. İli 0 xalla başa vurmaq çox üzücüdü.

 

- Qarşıda "Qarabağ"ın üç oyunluq kiçik marafon gözləyir - "Bakı", AZAL və "Sent-Etyen"lə duellər...

 

- Fransadakı oyun bu siyahıda xüsusi yer tutur. Amma biz hələ o oyun barədə düşünmürük. Premyer Liqadakı oyunlarımızdan maksimum xalla ayrılmağımız lazımdı. "Araz Naxçıvan" çempionatdakı çıxışını dayandırdığına görə, ilk pilləni tərk etdik. Yenidən zirvəyə qayıtmaq istəyirik. "Bakı" son dövrlər artırıb. Güclü komandalara qarşı uğurlu oynayırlar. Ciddi qarşılaşma olacaq.

Tarix
19 Noyabr 2014 [17:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin