Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

13:34 - 29 İyun 2017 - HADİSƏ

 Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb. 
Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti