Bakıda göldə meyit tapılıb

10:16 - 29 İyun 2017 - HADİSƏ

Bakıda göldə meyit tapılıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonu ərazisindəki göldə kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin, rayon sakini, 1991-ci il təvəllüdlü Dmitri Livsov olması müəyyən edilib.
Onun meyitinin üzərində xəsarətlər aşkar edilməyib.
D. Livsovun göldə çimərkən  boğulduğu ehtimal edilir.

Xəbər xətti