Ana səhifə
15 Noyabr 2018

Kukla Teatrının balaca istedadları beynəlxalq festivalda iştirak edəcək

Mütəmadi beynəlxalq teatr və musiqi yarışmalarında iştirak etməklə yüksək yerlər tutan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşürlər. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edəcəklər. Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival 28 iyun 5 iyul tarixlərini əhatə edəcək. Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunacaq. 6-15 yaş arası uşaqları əhatə edən sənət bayramında ölkəmizi teatr-studiyanın istedadlı aktrisa-vokalçıları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli təmsil edəcəklər. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edəcəklər. azərbaycan və ingilis dillərində təqdim olunacaq bu mahnıdan başqa vokalçılar solo ifalarını da nümayiş etdirəcəklər. Studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva milli maraqların önə çəkildiyi bu yarışmada “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini deyir: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də istər bu mahnıya müraciət, istər onu milli rəqslə müşayiətimizlə orada olan insanlara, elə ermənilərin özlərinə də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etmiş olacağıq”. Xatırladaq ki, televiziya festivalının təşkilində məqsəd yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.  Qeyd edək ki, bundan əvvəl də studiyanın iki fəalı bu festivala qatılaraq laureat diplomları ilə təltif olunublar. 
Tarix
28 İyun 2017 [11:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin