Ana səhifə
25 Sentyabr 2018

«Səhhətimdə problemlər var»

Fariz Məmmədov : «Əgər yenə uduzsam, boksla birdəfəlik vidalaşacağam”
 

 

Səhhətimdə problemlər var. Burnumda ciddi əməliyyat keçirtmişəm. Rahat məşq edə bilmirəm. Lakin bərpa kursu artıq sona çatmaq üzrədir. Əvvəlcə demişdilər 3 ay döyüşmək olmaz. İndi demişəm ki, dekabrda rinqə çıxmalıyam. Ona görə 2 aya müalicə başa çatmalıdır”. Bu sözləri Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov deyib. Onun sözlərinə görə.  Almaniya şirkətiylə qüvvədə olan müqaviləm var. «Dekabrda daha bir görüş keçirə bilərəm. Həmin görüş Avropa ölkələrinin birində olacaq».
O, Olimpiadaya lisenziya qazanmaq şansına da toxunub: «Olimpiadaya lisenziya qazanmaq şansım azalmayıb. Bakıda keçiriləcək Avropa Oyunları, eləcə də digər turnirlərdə iştirak etməklə lisenziya qazanmaq olar. Sadəcə indi tez bir zamanda sağalmaq istəyirəm».
Məmmədov növbəti məğlubiyyətdən sonra radikal addım atacağını bildirib: “Son 2 görüşdə məğlub olsam da, həvəsdən düşmürəm. Özümə güvənirəm. Hazır olmasam rinqə çıxmaram. Əgər yenə uduzsam, boksla birdəfəlik vidalaşacağam”.

Tarix
19 Noyabr 2014 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin