Ramazan münasibətilə bayram namazı qılınıb

10:32 - 26 İyun 2017 - Cəmiyyət

Ramazan münasibətilə bayram namazı qılınıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da, "Təzəpir" məscidində isə saat 09.00-da təşkil olunub. "Təzəpir" məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib. Qeyd edək ki, bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınıb.

Xəbər xətti