Ana səhifə
19 Sentyabr 2018

“İsanın yatağındakı ilahə” kitabının təqtimatı...

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc və istedadlı yazıçı Səidə Haqverdiyevanın “İsanın yatağındakı ilahə” adlı yeni kitabının imza günü keçirilib. Kitab Azərbaycan Yazıçılar Birliyinin AYB kitab layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, redaktorları Akif Şahverdiyev və Səhər Əhməddir. Kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest və hekayələrdə müəllif çalışıb ki, problem və onu yaradan səbəbləri göstərsin. Əsərlərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər və əxlaqi dəyərlərə xüsusi yanaşma var.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza layihənin gerçəkləşməsində xidməti olanlara – “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadara, “Vektor” nəşriyyatının rəhbəri Elçin İsgəndərzadəyə, “Yayım Assosiasiyası”na, “Bayatı” kitab mağazasına təşəkkürünü bildirib: ”Layihə çərçivəsində hər hansı bir kitab nəşr olunanda, öz kitabım işıq üzü görəndə sevindiyim qədər sevinirəm. Kitab mütləq təbliğ olunmalıdır. Biz bölgələrimizdə də yazarlarla oxucuların görüşlərini keçirməyi nəzərdə tutmuşuq”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca Səidə Haqverdiyevanı kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq yolunda uğurlar arzulayıb.
Xalq artisti İlham Namiq Kamal müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə teatr ordusu adından təbrik edib, müasir dövrdə ədəbiyyatın, mədəniyyətin əsas vəzifəsinin insanları düşündürmək olduğunu söyləyib.
Qeyd edək ki, təqdimat mərasimində Qan Turalı, Akif Şahverdiyev, Səhər Əhməd, Aydın Xan, Azər Qismət və başqaları çıxış edib.

Tarix
19 Noyabr 2014 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin