Abşeronda sexdə yanğın olub

09:40 - 25 İyun 2017 - HADİSƏ

Abşeronda yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan mərmər sexinin içərisində taxta arakəsmələrdən ibarət fəhlələrin soyunub-geyinmə otağı 6 m2 sahədə, 1 ədəd kondisioner və 5 p.m mətbəx mebeli yanıb. Sexin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti