Ana səhifə
18 İyul 2018

Mingəçevirdə 100-dən çox yaşayış evini su basıb

Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub. 

Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.
Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər. 
Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb. 

Tarix
24 İyun 2017 [14:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin