Metropolitenin üç stansiyası Tarkana görə iş vaxtını dəyişdi

17:10 - 23 İyun 2017 - Xəbər

Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək. Ucnoqta.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə bildirib ki, bu gecə 28 may, Sahil, və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək. Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün "Formula 1” oyunlarının açılış mərasimində səhnəyə çıxacaq. 

Xəbər xətti