Yumurta 11 faizə yaxın bahalaşıb

17:02 - 23 İyun 2017 - Xəbər

Cari ilin 5 ayında ölkədə 739,8 milyon ədəd yumurta istehsal edilib. Yumurta istehsalı 6,5 faiz artıb. Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, yumurtanın qiyməti aprel ayı ilə müqayisədə 1,5 faiz ucuzlaşıb. Əvəzində 2016-cı ilin may ayı ilə müqayisədə 10,6 faiz bahalaşıb. Qeyd edək ki, hazırda broyler şirkətlərinə məxsus yumurta 14 qəpik, kənd yumurtası isə 20-25 qəpik təşkil edir. 

Xəbər xətti