Ana səhifə
19 Sentyabr 2018

Güləş üzrə dünya çempionatının nəticələrində dəyişiklik baş verib

Ucnoqta.az  xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Ş.Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Xavier Kortinaya verilməsinə qərar verib. Bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub.
Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 36 xal qazanaraq Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb.

Tarix
19 Noyabr 2014 [17:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin